AZ

Qırğızıstanlı MMA döyüşçüsü: Tofiq Musayev yaxşı idmançıdır, məndən sürpriz görəcəksiniz

ain.az, Idman.biz saytına istinadən bildirir.

Qırğızıstandan olan MMA döyüşçüsü Mıktıbek Orolbai Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz "Report"a istinadən xəbər verir ki, o, mətbuat konfransında yarışa hazır olduğunu bildirib.

İdmançı azərbaycanlı rəqibi Tofiq Musayevlə qarşılaşmaya hazır olduğunu vurğulayıb: "Bu dəfə də siz məndən sürpriz görəcəksiniz. Tofiq də yaxşı idmançıdır. İki aydır ki, bu görüşə hazırlaşıram".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
4
icma.az

5Mənbələr