AZ

Ermənistanda saxlanılan rusiyalı milyarderə ittiham irəli sürüldü

Ermənistanın istintaq orqanları “Taşir” şirkətlər qrupunun rəhbəri, rusiyalı milyarder Samvel Karapetyanı ölkədə hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə milyarderin vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, Karapetyanın evinin qarşısında 50-dən çox şəxs saxlanılıb. Həmçinin o qeyd edib ki, istintaq Samvel Karapetyanın həbs olunması üçün vəsatət qaldıracaq.

Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Karapetyanın saxlanmasından sonra onun tərəfdarları Nalbəndyan küçəsində, yəni DİN-in binası qarşısında toplaşıblar. Ermənistan DİN hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Məlumata görə, Karapetyanın evində çərşənbə axşamı axtarış aparılıb. Bu, onun son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid etməsi fonunda baş verib.

Xatırladaq ki, may ayında Paşinyan Erməni Apostol Kilsəsini, xüsusilə də katolikos II Qaregini tənqid edir, onu selibatı pozmaqda ittiham edərək istefaya çağırır. Karapetyan isə kilsəni açıq şəkildə müdafiə edən bəyanatlar verir.

Qeyd edək ki, “Forbes” jurnalının versiyasına görə, Samvel Karapetyan 3.2 milyard ABŞ dolları sərvəti ilə Rusiya milyarderləri siyahısında 44-cü yerdədir.

Seçilən
4
5
editor.az

6Mənbələr