AZ

Paşinyanı Türkiyəyə aparan səbəb budur: Qovluğunda iki məsələ var - MÜSAHİBƏ

BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, son zamanlar Türkiyə-Ermənistan arasında diplomatik təmaslar çoxalıb. Baş nazir Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfəri gözlənilir. Azərbaycanla Ermənistan arasında sülh danışıqları fonunda artan təmasların əhəmiyyətini necə dəyəyləndirirsiniz?

- İlk növbədə vurğulanmalı məqam ondan ibarətdir ki, Azərbaycanla Türkiyə müttəfiqdir. Hərbi, siyasi, diplomatik müstəvidə iki ölkə arasında bütün mövzulara aid müştərək mövqe var. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan arasında post-konflikt dövrünə aid proseslər koordinasilayı formada həyata keçirilir. Ona görə də Ermənistan Baş nazirinin qardaş Türkiyəyə səfərini bu proseslərin davamı kimi qiymətləndirmək olar.

Azərbaycan heç vaxt sülh prosesinin dayanmasını və ona birdəfəlik son qoyulmasını tələb etməyib.

- Paşinyanın səfərində daha çox hansı məsələlərin müzakirə ediləcəyi gözlənilir?

- Sülh mürəkkəb prosesdir və onun bir çox mərhələləri var. Türkiyə-Ermənistan münasibətlərində rəsmi Ankara üçün vacib olan mövzular yer alıb. Burada Türkiyənin özünəməxsus gündəmi mövcuddur. Sözsüz ki, proseslər paralel getməlidir.

Bu səfərdə daha çox iki istiqamətə aid məsələlərin müzakirə olunacağı gözlənilir: Azərbaycanla Ermənistan arasında olan məsələlər və Türkiyə-Ermənistan münasibətlərinin formalaşması mövzuları. Bunlar bir-biri ilə bağlı, amma fərqli məsələlərdir. Bununla belə, hıər iki istiqamət bir-birinə ziddiyyət təşkil etməyən mövzulardır. Əksinə qeyd edilən məsələlər bir-birinə təkan verəcək prosesdir.

- Türkiyədə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı varmı? Ən azından tərəflərin çərçivə sülh razılaşmasına dair niyyəti ifadə oluna bilərmi?

- Görünən odur ki, bu daha çox Ermənistan tərəfindən gündəmə gətirilən mövzulardır. Çünki onlar bununla müəyyən məqsəd güdürlər. Hətta elə görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycanla Türkiyə arasında bu mövzulara aid fərqli yanaşmalar var və sair. Bir qədər də irəli gedərək hansısa ziddiyyətlərin olduğunu iddia edirlər. Sözsüz ki, bunlar həqiqətdən uzaq məsələlərdir. Daha çox təxribat xarakterli mövzuları özündə ehtiva edir.

Çərçivə sülh sazişi ilə bağlı Azərbyacanın mövqeyi bəllidir. Bu məsələyə dair ölkəmizin mövqeyi təkrarlanıb. Azərbaycanın mövqeyinin dəyişməsində heç bir əlamət yoxdur. Türkiyə də həmin mövqedədir.

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və xarici siyasət mövzularına aid davamlı təmaslar var. Bu, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilir. Ona görə də hadisələrin fərqli xətlə gedəcəyinə dair hər hansı şübhə yoxdur.

- İsrail-İran qarşıdurmasının bölgədəki proseslərə, o cümlədən sülhə dair mövzulara təsiri mümkündürmü?

- Bu mövzular arasında heç bir əlaqə yoxdur. Süni şəkildə əlaqə axtarmaq düzgün olmaz. Sadəcə Ermənistanın istəyi odur ki, hansısa məsələləri və kənar oyunçuları prosesə cəlb etsin.

Azərbaycanın mövqeyi bəllidir. Bakı İrəvanla birbaşa danışıqların tərəfdarıdır. Hansısa gərginlik ehtiva edən mövzulardan danışmağa ehtiyac yoxdur.

Seçilən
10
teleqraf.com

1Mənbələr