AZ

Qadınların sevimli qarətçisi – “Alen Delon”un cəlbediciliyi güllə qarşısında keçməyib

Yuri Ladjun SSRİ-nin təkcə ən məşhur fırıldaqçısı deyil, həm də ən cazibədar kişilərindən biri olub. Zərərçəkmiş qadınlar dələduzun əfv olunmasını istəyiblər, lakin hökm dəyişilməyib və tezliklə həyata keçirilib.

Cazibədar və sevimli

Yuri Ladjun adi fəhlə ailəsində böyüsə də, fiziki əməklə pul qazanmaq onun təbiətində olmayıb. Artıq 20 yaşında fabrikdə işləyərək özünü çox yormadan yaxşı yaşamağın yollarını axtarmağa başlayıb. Yuri həmişə əks cins arasında sevilən biri olduğunu bilib və təbii cazibəsindən maksimum istifadə etmək qərarına gəlib. Əvvəlcə ona dadlı şam yeməyi, isti çarpayı, yaxşı siqaret üçün bir neçə rubl kifayət edib. Bunun müqabilində qadınlara diqqət və sevgi bəxş edib. Cavan oğlan böyüdükcə ehtiyacları da artıb. O, təkcə yaxşı yemək və geyinmək deyil, həm də Soçidə dincəlmək, “Jiquli” sürmək və Xruşovun fərmanı sayəsində tikilməyə başlanmış kooperativ mənzil almaq istəyib. Odur ki, Ladjun qadınlarla “işləmək” üçün yeni sxemlər hazırlayıb.

scale_2400

1960-cı illərin ortalarında sovet kinoteatrlarında baş rolda Alen Delonun oynadığı “Qara zanbaq” filmi çıxıb. Onun yaraşıqlı görünüşü və cəsarətli qəhrəmanlıq hekayəsi tez bir zamanda Delonu sovet qadınlarının gözündə ideal kişiyə çevirib. Yuri üçün bu, sadəcə bir ilahi fürsət olub, çünki o, özünü Alen Delona bənzədib.

Odur ki, milisə SSRİ-nin müxtəlif şəhərlərindən oğurluq xəbərləri gəlməyə başlayıb. Bütün bu halların ümumi bir cəhəti olub – qurbanlar qadınlardır. İstisnasız olaraq hamı onların etimadını qazanan və sonra onları qarət edərərk aradan çıxan “Alen Delon görünüşlü” müəyyən bir adamdan danışıb. Fırıldaqçı ilə məşğul olmaq müstəntiq Mixail Deinekoya həvalə edilib.

Xəbərləri öyrənən milis zabiti başa düşüb ki, o, rayon cinayətkarı ilə deyil, ittifaq miqyaslı dələduzla məşğuldur. “Alen Delon” nəinki hiyləgər, həm də çox ehtiyatlı olduğundan müstəntiq hələ istintaqın on il davam edəcəyini bilməyib. Qarətçi şəhərdən-şəhərə, rayondan digər rayona köçüb, heç bir iz, dəlil qoymayıb.

Aldatma metodları

scale_2400

Kaluqaya gələn 30 yaşlı Natalya Orlovskaya bir axşam mehmanxananın foyesində heyranedici bir kişi ilə tanış olub. O, özünü Moskvadan olan alim Nikolay Puşçin kimi təqdim edib. Söhbət tutub. Bir neçə gündən sonra Natalya işini bitirib və Moskvaya qayıtmaq üzrə olub. Yuri Ladjun Natalyanın otağına gəlib pulunu, pasportunu, ən əsası vacib sənədlərini itirdiyini bildirib. Natalya dərhal cüzdanından 250 rubl çıxararaq “alim”ə verib. Natalya aldandığını başa düşəndə artıq gec olub.

O, həmişə öz qurbanını diqqətlə seçib. Xanım müəyyən maddi sərvətə sahib olmaqla yanaşı, həm də ilk baxışdan sevgiyə inananlardan olmalı imiş. Ancaq fırıldaqçı daha çox statusunu təsdiq edən sənədlərin olmasına üstünlük verib. Odur ki, “Alen Delon” Kemerovoda ziyafətdən sonra Pşentsov adlı məşhur nüvə fizikinin sənədlərini və pulunu oğurlayıb. O dövrdə nüvə fizikləri cəmiyyətdə yüksək reputasiyaya malik olublar və bu. Ladjunun “Pşentsov” soyadı ilə öz cinayətlərini davam etdirməsini təmin edib.

scale_2400

Yuri Ladjun Minskdə Nadya adlı yaxşı geyinmiş bir qızla tanış olub. Ladjun bir daha “teatr tamaşası” oynayıb. O, qıza nüvə fizikinin vəsiqəsini göstərib, özünü elmi-tədqiqat institutunun əməkdaşı kimi təqdim edərək xarici agentlər tərəfindən izləndiyini bildirib. Ertəsi gün Lajun Nadyaya ilk baxışdan aşiq olduğunu və onunla evlənmək istədiyini deyib. Qız gözlənilmədən toya razılıq verib. Toy “agentlərin” diqqətini çəkməmək üçün tez və sakit keçib. Ertəsi gün bəy çoxlu qiymətli əşyaları götürərək sakitcə gedib. Hətta özüylə aztapılan neylon corabları da götürüb.

1968-ci ilin yazında Odessada dəniz zabiti, kapitan “Çurkin” olan fırıldaqçı Vilnüsdə özünü qadınlara qütb pilotu kimi təqdim edib. Hər dəfə eyni ssenari ilə qadınları soyub.

“Aşiqin” səhvi

Ladjun heç vaxt bir yerdə çox qalmadığı üçün milis həmişə bir addım geridə olub. Lakin 1970-ci illərin əvvəllərində Sverdlovska gedən qatarda Yuri Ladjun təsadüfən keçmiş həmkarı ilə qarşılaşıb. Çox vaxt bəxti gətirən adam özünə həddən artıq güvənib və bu dəfə ehtiyatı əldən verib.

scale_1200.jpeg

Peşəkar vərdişinə görə, o, keçmiş həmkarından borc pul almaq üçün qarətə məruz qalmasından şikayətlənib. Amma dostu ona pul verməyib. Sonra Ladjun onu qarət edib və bu, onun ölümcül səhvi olub. Artıq milis ilk dəfə yalançının əsl adını və qatardan düşdüyü stansiyanı öyrənib. Əməliyyatçılar tez hərəkət ediblər. Onun fotoşəkilləri bütün əsas dəmir yolu stansiyalarına göndərilib.

Qəribədir ki, təcrübəli fırıldaqçı təhlükə hiss etməyib. Qatçinada o, yerli vağzalda işləyən qadını aldatmağa çalışıb. Qadın onu vağzalda yayılan fotoları gördüyü üçün tanıyıb və milisə xəbər verib. Dindirmə zamanı “Alen Delon” hər şeyi inkar etməyə çalışıb. Dəlillərin qarşısında aciz qalan Ladjunin etirafdan başqa seçimi qalmayıb. Onun 72 epizod üzrə işi sübuta yetirilib, o cümlədən cinayət fəaliyyətinin başlanğıcında bir şəxsi qətlə yetirdiyi üzə çıxıb. Məhkəmə 40 yaşlı Yuri Ladjunu ölüm cəzasına məhkum edib.

İstintaq və məhkəmə üçün gözlənilmədən onun aldatdığı bir çox qadın “Alen Delonun” cəzasının yüngülləşdirilməsini istəyib. Lakin məhkəmə zərərçəkmişlərin fikrini dinləməyib və 1975-ci ildə hökm icra olunub.Musavat.com

Seçilən
7
1
moderator.az

2Mənbələr