AZ

Türkiyəli deputat: QDİƏT PA nın 65 ci plenar sessiyası əməkdaşlığımızın inkişafına mühüm töhfə verəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası əməkdaşlığımızın inkişafına mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Assambleyanın müdafiə etdiyi prinsiplər və təşviq etdiyi mövzular uzun illərdir bölgəmizdə sabitlik, tərəqqi və dialoqun təşviqinə xidmət edir.

“Qara Dəniz regionu yalnız coğrafi baxımdan deyil, həm də strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq imkanları bu regionun potensialını daha da artırır. Ancaq təəssüf ki, regionumuz təkcə əməkdaşlıqla deyil, eyni zamanda, müəyyən təhdid və çağırışlar ilə də üz-üzədir. Son illərdə bölgəmizdə baş verən münaqişələr bizi narahat edir. Bu səbəbdən bu münaqişələrə son qoyulması, barışın və sabitliyin təmin olunması üçün səylərimizi daha da artırmalıyıq”, - deyə türkiyəli deputat vurğulayıb.

Onun sözlərinə görə, bu kontekstdə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh təşəbbüsləri və bölgədə dialoqun təşviqinə verdiyi töhfə xüsusilə təqdirəlayiqdir.

“Biz də bu mövqedən çıxış edərək, bütün tərəfləri sülhə, anlaşmaya və əməkdaşlığa çağırırıq. Əminik ki, Assambleyanın daimi platforması vasitəsilə biz bu çağırışlara birlikdə cavab verə, bölgəmizdə sülhü və rifahı təmin edə bilərik. Bu yolda birgə səylərimizin həlledici olacağını düşünürəm”,- deyə Fatih Dönməz əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
azertag.az

2Mənbələr