AZ

Hirkan–Daştatük–Biləsər avtomobil yolunda bərpa işləri aparılır

Bakı.Trend:

Lənkəran rayonu ərazisində, başlanğıcını M3 Ələt–Astara–İranİslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürənyerli əhəmiyyətli Hirkan–Daştatük–Biləsər avtomobil yolunun3.5–5.5-ci kilometrlik hissəsində sürüşmə nəticəsində dağılmışsahələrin bərpasına başlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AAYDA) məlumat verilib.

Bərpa çərçivəsində yol örtüyünün yenilənməsi ilə yanaşı, 250ədəd svayın quraşdırılması, uzunluğu 540 metr olan istinaddivarının və 2500 metr uzunluğunda beton küvetlərin inşası nəzərdətutulur.

Artıq görülmüş işlər çərçivəsində torpaq işləri yerinəyetirilib, 210 ədəd svay (ümumi uzunluğu 2520 metr) qazılaraqbetonlanıb, 300 metr uzunluğunda istinad divarı və 1650 metruzunluğunda beton küvetlər tikilib.

Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasənbərpa olunan hissədə yol əsasının tikintisi və yeni asfalt-betonörtüyünün döşənməsi işləri də icra olunacaq.

Bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininrəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma vəstandartlarına uyğun şəkildə vyüksək keyfiyyətlə aparılır. Tərtibolunmuş iş qrafikinə əsasən layihənin vaxtında tamamlanması üçünəraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.

Məqalədə:
Seçilən
9
11
az.trend.az

10Mənbələr