Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş "Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əmrə əsasən Azərbaycan mətbuatının 150 illiyi ilə əlaqədar maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi planlaşdırılır.
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi qaydaları təsdiq olunub.
Qeyd edək ki, əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilib.