AZ

"Zaxarova və Solovyov mənim səviyyəmdə deyillər" - Paşinyan

Xəbər verdiyimiz kimi Ermənistanda Kremlə yaxınlığı ilə seçilən məşhur iş adamı Samvel Karapetyana qarşı cinayət işi açılıb. Hazırda İrəvanda saxlanılan "Taşir group"un rəhbəri olan Karapetyanı Mariya Zaxarova ilə yanaşı bir sıra radikal jurnalistlər də müdafiə ediblər. Vladimir Solovyov isə hətta öz verilişində Paşinyanı təhqir edib. 

Bu gün Paşinyan jurnalistlərlə ünsiyəti zamanı Karapetyan məsələsi ətrafında Rusiyada gedən proseslərə reaksiya vermək istəməyib.

O deyib:  "Məncə, bu adamlar mənim səviyyəmdə olan şəxslər deyillər ki, onların hansısa fikrinə münasibət bildirəm. Qoy hər gün ünsiyyətdə olduqları adamlar onların dediklərini şərh etsinlər".


Tural

Seçilən
11
news365.az

1Mənbələr