Azərbaycanın Ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Times Higher Education İmpact Ranking 2025 cədvəlində 1500+ yerdə qərarlaşıb.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında sabiq deputat Etibar Əliyev paylaşım edib.
O, ADNSU-nun bu pillədə qərarlaşmasını belə şərh edib:
“Universitet çöküşü belə olur. Təhsil menecerləri təhsilimizin axırına çıxacaqlar. Lənkəran Dövlət Universiteti, Aqrar Universitet və Mingəçevir Dövlət Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən irəlidədir…”
Tarix: 18 İyun 2025, 13:26