AZ

Media: Tramp Rusiya neftinin qiymətinin aşağı salınması əleyhinədir

Bakı, 18 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin qiymət tavanının aşağı salınmasının əleyhinə olduğu üçün Avropa İttifaqı bunu edə bilməyəcək.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin və Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallasın Rusiyanın xam neftinə qiymət məhdudiyyətləri ilə bağlı rəyi “çox əhəmiyyət kəsb etmir”, çünki Brüssel Vaşinqtonun razılığı olmadan çətin ki, bu planları həyata keçirə bilsin.

Qeyd edək ki, bir müddət öncə Ursula Fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketində zədələnmiş “Şimal axını” boru kəmərlərindən istifadə edilməməsinin, bankların və tankerlərin qara siyahıya salınmasının, ittifaq ölkələrinə Rusiya neftinin alınmasına qadağa qoyulmasının və onun qiymət tavanını bir barel üçün 60 dollardan 45 dollara endirilməsinin nəzərdə tutulduğunu bildirib.

Bundan əlavə, Brüssel sanksiyalardan yayınma hallarının qarşısının alınması və Moskvanın əks-tədbirlərinin effektivliyinin azaldılması məqsədilə Belarus, Çin və digər ölkələrin 22 şirkəti üçün də yeni ixrac məhdudiyyətləri qoymağı vəd edib.

Seçilən
14
azertag.az

1Mənbələr