AZ

"Rusiyanın Aİ və NATO-ya qarşı heç bir şansı yoxdur" -Kallas

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas diqqət çəkən fikirlər səsləndirib.

O, Rusiyanın Avropa İttifaqı və NATO-ya qarşı şansının olmadığını iddia edib. Onun Avropa Parlamentindəki çıxışından sözləri Bild sitat gətirib:

"Rusiyanın NATO və Avropa İttifaqına qarşı şansı yoxdur. Amma biz birlikdə olmalıyıq. Alyansın birliyini qorumaq müdafiə xərclərini artırmaq qədər vacibdir. İnanmıram ki, biz birlikdə və NATO müttəfiqlərimizlə birgə hərəkət etsək, öhdəsindən gələ bilməyəcəyimiz təhlükə qalsın", - Kallas bildirib.

Tural

Seçilən
9
news365.az

1Mənbələr