AZ

Bakıda yaşlı qadın özünü avtobusun önünə atıb qəsdən yerə yıxıldı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Lökbatan yolunda təhlükə yaradan piyada görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 17-də günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, yaşlı qadın “BakuBus” MMC-yə məxsus 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusun yoluna çıxaraq sürücüyə çətin anlar yaşadıb. Hadisə şahidinin iddiasına əsasən, piyada özünü yaxınlaşmaqda olan avtobusun altına qəsdən atıb və nəqliyyat vasitəsinin ona dəyməsinə baxmayaraq yerə yıxılıb. Xoşbəxtlikdən sürücü qadını vaxtında görərək qəzadan xilas olub. Yaxınlıqda olan sürücü və avtobusdakı sərnişinlər qadına kömək edərək onu yoldan kənarlaşdırıblar. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
avtosfer.az

1Mənbələr