AZ

“Telegraph”: Çin İrana yük təyyarələri göndərib

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə “Daily Telegraph” nəşri məlumat yayıb. Təyyarələrin İranın İsraillə müharibəsində ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna biləcəyi güman edilir. Belə ki, İsrail hərbi əməliyyata başladıqdan sonra üç təyyarədən birincisi (14 iyun) İrana, digər ikisi Yaxın Şərqə gedib. Qeyd olunub ki, təyyarə Çinin şimalı üzərindən Qazaxıstanla sərhədi keçib, Özbəkistan və Türkmənistan üzərində uçub, daha sonra İrana yaxınlaşarkən radarlardan itib. Halbuki, təyyarələrin elan edilmiş eniş marşrutu Lüksemburq olub. Lakin onların heç biri Avropa hava məkanına daxil olmayıb. “Boeing 747” yük təyyarələrindən daha çox hərbi texnika və silahların daşınması üçün istifadə olunur. Nəşr qeyd edib ki, İran Çinə gündə 2 milyon barelə qədər neft verən əsas enerji təchizatçılarından biridir. Pekin bundan əvvəl də Tehranı ballistik raketlər üçün komponentlər və nüvə silahının hazırlanmasında istifadə oluna biləcək materiallarla təmin edib. İlkin Nəcəfzadə

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
3
azvision.az

5Mənbələr