AZ

Əlimyandı adı ilə satışa çıxarılan problemli maşınlar Uzaq durun

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illərdə avtomobil alqı-satqısı artıq bazarda yox, sosial şəbəkələrdə baş verir. Gecə saatlarında "əlimyandı", "cekpot", "qaçırma" şüarları ilə ucuz qiymətə paylaşılan elanlar diqqəti cəlb edir. Amma bu təqdimatın altında çox vaxt görünməyən, lakin bahalı problemlər yatır.

Əgər bir avtomobil bazar qiymətindən xeyli ucuz təklif olunursa, bilin ki, burada ya mühərrik nasazdır, ya sənədlərdə problem var, ya da maşın hansısa səbəblə təcili əldən çıxarılmağa çalışılır. Bəzən şassi və mühərrik kodlarında problem olur, amma bu detalları alıcı gecikmiş formada - artıq maşın alınandan sonra öyrənir.

Avtomobil satmaq istəyənlər maşını "makiyajlayıb" təqdim edir: bir az cilalama, yağ dəyişikliyi, kiçik nasazlıqların gizlədilməsi vəssalam - bir neçə gün problemsiz işləyəcək bir görüntü yaradılır. Alıcı isə sevinc içində maşını alır, sabahı gün isə ya mühərrik yatır, ya ötürücü qutu sıradan çıxır, ya da digər problemlər başlayır.

Unutmayın: əgər biri maşını real qiymətindən aşağı satırsa, ondan xilas olmaq istəyir. Həqiqətən yaxşı vəziyyətdə olan avtomobil sahibini tələsməyə məcbur etmir.

Ekspertlər deyir: "Tələskənliklə alınan maşın sabah peşmançılıq yarada bilər." Maşın alışı bir gecədə telefon işığında yox, gün işığında, ustayla birlikdə, detallı baxışla olmalıdır. Avtomobil almaq yox, problem almaq istəmirsinizsə - səbirli və diqqətli olun.

İslam

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
8
news.milli.az

9Mənbələr