Abituryentlər ixtisas seçimi zamanı yalnız bu günün əmək bazarını deyil bundan 5 il sonrakı vəziyyəti də göz önünüə gətirməlidirlər.
Bizdə kifayyət qədər ixtisaslar var ki, onlar 5 ildən sonra əmək bazarında təlabat daha yüksək olacaq. Mən bunu 10 il əvvəl də demişəm.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib.
“Yaxşı aqranom, yaxşı baytar sıravi həkimdən qat-qat yaxşı pul qazanır. Amma baytarlığa, aqronomluğa, kənd təsərrüfatı sahəsində olan ixtisaslara gedən insanların sayı azdır və ora 200, 250 bal toplayanlar müəyyən əlacsızlıqdan həmin ixtisaslara üz tutur. O ixtisaslar düşünüb seçmək, yaxşı mənimsəmək və əmək bazarında yer tutmaq daha asandır, nəinki ayrı ixtisaslarda”.
M.Abbaszadə “Hədəf” verlişində onu da vurğulayıb ki, bu gün çox təlabat olan ixtisaslar da 5 il sonra əmək bazarında yer tutmağa imkan verməsin.
"Cebheinfo.az"