AZ

Kazino oyunlarının sığortalanmasına icazə verilməyəcək

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Lisenziya əsasında fəaliyyət göstərən kazino oyunları sığorta obyekti və sığorta predmeti ola bilməz".

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunur ki, qanunazid mənafelər, həmçinin qanuni, lakin sığortalanması qanunla qadağan olunan mənafelər, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, o cümlədən lisenziya əsasında təşkil olunan kazino oyunlarında, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti olmayacaq.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
oxu.az

2Mənbələr