AZ

İran açıq şəkildə hücuma məruz qalıb - Ərdoğan

BAKI,TurkicWorld

İsrail, nüvə müzakirələri davam etdiyi bir vaxtda, heç bir beynəlxalq qaydaya əməl etmədən terror aktı həyata keçirdi.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxışı zamanı deyib.

O, İsrailin İrana qarşı hücumlarını sərt şəkildə qınayıb və beynəlxalq ictimaiyyəti susqunluqla ittiham edib.

Ərdoğan çıxışında bildirib ki, İran hüquq və qayda tanımayan bir ölkə tərəfindən çox açıq şəkildə hücuma məruz qalıb.

Ərdoğan həmçinin BMT başda olmaqla beynəlxalq qurumların və dövlətlərin bu hücumlara ya səssiz qaldığını, ya da açıq şəkildə dəstək verdiyini bildirib.

“Bu dövlət terroruna susmaq, baş verənlərə razılıq vermək deməkdir. Səssiz qalanların əllərinə, alınlarına və varsa vicdanlarına qətlə yetirilmiş günahsızların qanı bulaşıb”- deyə o bildirib.

Ərdoğan, İsrailin son hücumlarının yalnız İrana deyil, həmçinin Qəzza, Suriya, Livan və Yəmən kimi regionlara da yönəldiyini vurğulayıb.

Ərdoğan, Türkiyənin bölgədə sabitlik və sülh üçün diplomatik səylər göstərdiyini qeyd edib və bildirib ki, 13 iyun tarixindən bəri intensiv diplomatik danışıqlar aparılır.

Seçilən
6
turkic.world

1Mənbələr