UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
HİT.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəli olub.
Mübarizəyə birbaşa bu mərhələdən başlayacaq ölkə çempionu "Qarabağ" "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsindəki ilk oyununu 22 iyulda səfərdə, cavab matçını isə 29 iyulda evdə keçiriləcək.