AZ

“Neftçi”nin təklif göndərdiyi futbolçu Ermənistan klubu ilə razılaşıb

"Neftçi" təklif göndərdiyi Rumıniyanın "Universitatya" (Krayova) klubunun futbolçusu Takuto Oşima bundan imtina edib.

İdman.biz xəbər verir ki, o, Ermənistan klubuna üstünlük verib.

Yarımmüdafiəçisi bu ölkənin son çempionu "Noah"la anlaşıb. Komanda rəhbərliyi 27 yaşlı yapon oyunçunun transferi üçün qarşı tərəfə 350 min avro ödədiyi bildirilir.

Bir neçə gün əvvəl Rumıniya mətbuatında “Neftçi”dən futbolçu üçün 500 min avro istənilməsi ilə bağlı məlumat dərc edilmişdi.

Qeyd edək ki, Oşima ötən mömsüm qatıldığı 39 matçda cəmi 1 qol vurub.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr