AZ

Azərbaycanda kazino oyunlarının təşkili üçün 340 min manat dövlət rüsumu ödəniləcək

ain.az, Sherg.az saytına istinadən bildirir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün 340000 manat dövlət rüsumu ödəniləcək.

Sherg.az xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" qanuna əlavə edilməsi təklif edilən 22.0.42-ci və 23.2-1-ci maddələrdə əksini tapıb.

Layihəyə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün 340000 manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340000 manat) rüsum tələb olunacaq.

Nəzərdə tutulan dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
7
sherg.az

6Mənbələr