AZ

İkinci cərgədə dayanan sürücü avtomobillərin yolunu kəsdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü hərəkəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 77-YB-740 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək sağ zolağı zəbt edib. Arxadan gələn sürücülər parklanmış avtomobilə görə əks istiqamətə keçməyə məcbur qalıblar.

Qeyd edək ki, ikinci cərgədə dayanma-durma qaydasını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə oluna bilərlər.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr