ain.az bildirir, Xalqcebhesi portalına istinadən.
Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı qaydaları müəyyənləşir.
Bu, "Reklam haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamının sifarişçisi qismində "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunda nəzərdə tutulmuş hüquqi şəxs çıxış edir.
İdman mərc oyununda, lisenziya əsasında təşkil edilən kazino oyununda və ya lotereyada uduş qazanmış şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.
Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamında aşağıdakılar qadağandır:
* yetkinlik yaşına çatmayanlara müraciət olunması;
* bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
* oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
* oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lisenziya əsasında təşkil edilən kazino oyunlarının açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Bu maddədə nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.