AZ

Sabah hava əsasən yağmursuz olacaq

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-21, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 29-34, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Seçilən
3
49
yeniazerbaycan.com

10Mənbələr