AZ

Kazino oyunlarında müştəri uyğunluğu tədbirləri görüləcək

Kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi tələbləri müştəri tərəfindən üç min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.

APA xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir. Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilmir.

Seçilən
5
9
apa.az

10Mənbələr