AZ

Cənubi Koreyadakı sərgidə gənc azərbaycanlı rəssamların əsərləri təqdim olunub

Cənubi Koreyadakı Beynəlxalq İncəsənət Mübadiləsi sərgisində gənc azərbaycanlı rəssamların rəsmləri təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Pyonqtek şəhərində keçirilən sərginin mövzusu "Sülh və sakitlik" olub. Tədbir Azərbaycan səfirliyi tərəfindən yerli Beynəlxalq Mübadilə Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Gülnar Mahmudova

Seçilən
17
3
report.az

4Mənbələr