AZ

Kazino oyunlarının virtual formada həyata keçirilməsinə icazə verilməyəcək

Kazino oyunlarının virtual formada həyata keçirilməsinə icazə verilməyəcək.

Avtosfer.az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan hissəsində süni torpaq sahəsinin yaradılması haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

Seçilən
4
4
avtosfer.az

5Mənbələr