AZ

Avropa Liqası: "Sabah"ın potensial rəqibi məlum oldu

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunan tədbirdə Azərbaycan Kubokunun sahibi "Sabah"ın potensial rəqibi məlum olub.

"Sabah" I təsnifat mərhələsində Sloveniya "Tsele"sini mübarizədən kənarlaşdıracağı təqdirdə, AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

İlk oyunlar iyulun 24-də, cavab görüşləri iyulun 31-də keçiriləcək.

Seçilən
12
teleqraf.com

1Mənbələr