AZ

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Ağdam klubu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Təmsilçimiz ilk oyuna səfərdə, cavab oyununda isə doğma azarkeşləri qarşısında çıxacaq.

Qeyd edək ki, II təsnifat mərhələsində ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq.

Seçilən
0
6
operativmm.az

10Mənbələr