AZ

“Sabah” Avroliqada 2-ci təsnifat mərhələsinə yüksəlsə…

Azərbaycan təmsilçisi “Sabah”ın Avropa Liqasının 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsində potensial rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları iyulun 24-də, cavab görüşləri isə iyulun 31-də təşkil olunacaq. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.

Xatırladaq ki, “Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq. Azərbaycan komandası ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə ayın 17-də səfərdə keçirəcək.

Seçilən
14
7
arena.az

10Mənbələr