ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Futbol Assosiasiyası İngiltərə Premyer Liqasından diskvalifikasiya edilmiş hakim Devid Kutu "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Kloppı təhqir etməkdə günahlandırıb.
QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb
Assosiasiya hakimin qəbuledilməz davranışlar sərgilədiyin və Klopp haqda təhqiramiz ifadələr işlətdiyini qeyd edib. Bu hadisə 2020-ci ilin iyulunda baş verib.
Bildirilir ki, vəziyyəti ağırlaşdıran amillərdən biri də almaniyalı məşqçinin milliyəti haqqında təhqirlər səsləndirilməsidir.
İngiltərə Futbol Assosiasiyasının araşdırlmalarından asılı olaraq, Kut əlavə cəza da ala blər.
Xatırladaq ki, Kut 2020-ci ildə “Liverpul”un ünvanına söyüş və Kloppla bağlı alçaldıcı ifadə işlətmişdi. Hakim bildirib ki, məşqçi təkəbbür göstərib və guya matçların birindən sonra onu yalan danışmaqda ittiham edib.
2025-ci ilin fevralında UEFA 42 yaşlı hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.