AZ

Bakıda bu şəxslərə pulsuz mənzillər veriləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər davam etdirilir.

Demokrat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Bakı şəhərində daha bir qrup şəhid ailəsi və əlilliyi müəyyən olunmuş şəxslər üçün yeni mənzillər veriləcək.

Belə ki, sözügedən mənzillər MİDA-nın inşa etdiyi Hövsan Yaşayış Kompleksində yerləşir. Onlardan 10 ədədi ikiotaqlı, 73 ədədi isə üçotaqlı mənzillərdir. Ümumilikdə 83 ədəd mənzilin dəyəri 5 milyon 374 min 494 manat müəyyənləşib.

Seçilən
7
6
demokrat.az

7Mənbələr