AZ

Olimpiya çempionumuzdan ardıcıl ipponlar - Yenilənir

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq.

Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə 13:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Hələlik cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.

***

Zelim Kotsoyev ilk görüşündə italiyalı Cenarro Pirelliyə ipponla qalib gəlib. 

***

Zelim Kotsoyev 1/8 finalda qazaxıstanlı Baykamurova ipponla qalib gəlib. 

Seçilən
3
3
qafqazinfo.az

10Mənbələr