AZ

"Zeytun Pharmaceuticals" MMC-yə qarşı inzibati protokol tərtib edildi

BAKI, 18 iyun. TELEQRAF

Martın 17-də Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Zeytun Pharmaceuticals” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.

Bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha qiymətə satıb.

Qeyd olunan fakt “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Seçilən
11
teleqraf.com

1Mənbələr