ain.az, Reyting.az saytına istinadən bildirir.
ABŞ Konqresinə prezident Donald Trampın İrana hücumunu dayandırmalı olan ikipartiyalı qətnamə təqdim edilib. Reyting.az-ın məlumatına görə, Nümayəndələr Palatasının respublikaçı konqresmeni Tomas Massi deyib ki, “ABŞ Silahlı Qüvvələrinin İran İslam Respublikasında icazəsiz döyüş əməliyyatları keçirməsini” qadağan edən qətnamə təqdim edib.Müharibə səlahiyyətlərinə dair belə bir sənəd 15 təqvim günündən sonra komitədə qərar qəbul edilmədən parlamentin müzakirəsinə və səsverməyə çıxarıla bilər.“Konstitusiya icra hakimiyyətinin ABŞ-a hücum etməyən suveren dövlətə qarşı birtərəfli qaydada hərbi əməliyyatlar aparmasına icazə vermir. Konqresin İrana müharibə elan etmək üçün müstəsna hüququ var. İsrail və İran arasında davam edən müharibə bizim müharibəmiz deyil. Hətta belə olsa da, Konqres bu cür məsələləri konstitusiyamıza uyğun həll etməlidir”, - Massi vurğulayıb.Eyni zamanda, Demokratlar Partiyasından olan konqresmen Ro Khanna İrana qarşı müharibə səlahiyyətlərinə dair qətnamənin həmsədri kimi respublikaçını dəstəkləyib.“Heç bir prezident Konqresin müharibə aparmaq üçün konstitusiya səlahiyyətindən yan keçməməlidir. Amerika xalqı Yaxın Şərqdə növbəti fəlakətli münaqişəyə cəlb olunmaq istəmir. Mən İrana qarşı hər hansı hərbi əməliyyata Konqres tərəfindən icazə verilməli olduğunu bir daha təsdiqləmək üçün konqresmen Massi ilə ikitərəfli Müharibə Səlahiyyətləri Qətnaməsini dəstəkləməkdən qürur duyuram”, - deyə konqresmen əlavə edib.Xatırladaq ki, daha əvvəl ABŞ-nın vitse-prezidenti J.D.Vens Birləşmiş Ştatların İrana qarşı müharibəyə başlayacağına eyham vurub, Trampın belə bir qərar verə biləcəyini demişdi.Eyni zamanda, İranın ali dini lideri Ayətullah Əli Xamnəi ölkəyə edilən hücumlara görə İsraili “qətiyyətli cavab”la hədələyib. Dini rəhbər deyib ki, “döyüş başlayır” və İran bu müddət ərzində “mərhəmət göstərməyəcək”.E. KAMAL Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.