Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.
Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd edib.
Siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirib.
Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxunub, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyiklə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.
Qəbula görə dövlət başçısına minnətdarlıq edən qonaq ölkələrin əlaqələrinin inkişafından məmnunluğunu bildirib, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğulayıb.