ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Aqrotexnika sektorunun nümayəndələri - iri beynəlxalq konqlomeratlar Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iqlim konfransının sponsorları olublar.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Almaniyada Bonn şəhərində keçirilən tədbirdə dünya üzrə 450-dən çox təşkilatı birləşdirən "Böyük çirkləndiriciləri qovacağıq" gənclər QHT koalisiyasının nümayəndələri bu mesajla çıxış ediblər.
Bildirilib ki, bu tamamilə yolverilməzdir, çünki məhz onlar ətraf mühiti ən çox çirkləndirənlər sırasındadır.
"Biz iqlim dəyişikliyi ilə mübarizə və qlobal istiləşmənin qarşısını almaq üçün zəruri olan iqlim fəaliyyəti qaydalarının əsas çirkləndiriciləri tərəfindən yazılmasına imkan verməmək tələbi ilə çıxış edirik", - koalisiyanın nümayəndəsi Reyçel Cekson Bonnda keçirilən mətbuat konfransında vurğulayıb.
Fəalların sözlərinə görə, belə bir yanaşma ilə iqlim konfranslarının mühüm məqsədlərindən biri olan ədalətli enerji keçidinə nail olmaq mümkün deyil.
Beş mindən çox hökumət nümayəndəsi və iqlim fəalı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrindən çıxış edərək, bu ilin payızında Braziliyada keçiriləcək növbəti böyük iqlim sammiti - COP30-a hazırlığı müzakirə etmək üçün toplaşıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.