ain.az bildirir, Sia Az portalına istinadən.
İran hökumətinin sözçüsü Fatma Mühacerani ölkədə kiberhücumlar səbəbindən internet problemlərinin olduğunu və iki bankın kiberhücuma məruz qaldığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran hökumətinin sözçüsü Fatma Mühacerani ölkədə baş verən son hadisələrlə bağlı mətbuata açıqlama verib.
Mühacerani ölkənin çökmüş bank sistemi ilə bağlı verdiyi açıqlamada iki bankın kiberhücumlara məruz qaldığını diqqətə çatdıraraq, sözügedən hücumun məlumat sızması məqsədi daşımadığını, bank əməliyyatlarının pozulması ilə əlaqədar olduğunu bildirib. Bank müştərilərinin məlumat təhlükəsizliyi ilə bağlı narahatçılığa ehtiyacı olmadığını bildirən Muhacerani mütəxəssislərin məsələni araşdırdıqlarını və bu problemin qısa müddətdə həll olunacağını qeyd edib.
İranda internet problemlərinə də toxunan Muhacerani ölkədə internetin ləngiməsinin səbəbinin kiberhücumlar olduğunu vurğulayıb: “Fövqəladə bir vəziyyət olmadıqca milli internetə keçməyəcəyik”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.