AZ

Bakıda dünyaşöhrətli musiqişünasın mühazirəsi dinlənilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyaşöhrətli arxeomusiqişünas və bəstəkar Richard Dumbrill mühazirə oxuyub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Richard Dumbrill mühazirədə Yaxın və Orta Şərqin arxeomusiqiologiyasını, xüsusilə şumer, babil və hurri dillərində yazılmış musiqi nəzəriyyəsinin mixi mətnləri ilə bağlı öz şərhini verib.

O, Yaxın və Orta Şərq musiqi mədəniyyətinə aid biliklərinə əsaslanan görüşlərini iştirakçılarla bölüşüb. Həmçinin qədim Şərqin musiqi mədəniyyətinə həsr etdiyi kitablarından sitatlar gətirib.

Mütəxəssisin müxtəlif musiqi nəzəriyyələrinə həsr olunan mühazirəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

İyunun 22-dək davam edəcək festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
azertag.az

4Mənbələr