Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan tennisçiləri Moldovada keçirilən “Billie Jean King Cup” turnirində növbəti görüşlərini keçiriblər.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yığma üzvləri Albaniya tennisçiləri ilə üz-üzə gəliblər.
İlk oyunda Lalə Eyvazova rəqibi Guli Anaterzanı 2:1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub: 2:0. Albaniyalılar qoşa mübarizədən imtina etdiklərinə görə, qərara əsasən, millimiz yekunda 3:0 hesablı qələbə qazanıb.