AZ

Azərbaycanla Gürcüstan arasında “bir pəncərə” prinsipi üzrə gömrük məntəqəsi yaradılacaq

TBİLİSİ, 18 iyun. TELEQRAF

Gürcüstan və Azərbaycan arasında “bir pəncərə” prinsipi üzrə fəaliyyət göstərəcək gömrük-keçid məntəqəsi yaradılacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Genadi Arveladze Qırğızıstanda keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində toplantıda çıxışında bildirib.

Onun sözlərinə görə, regional layihənin texniki-iqtisadi əsaslandırılması bu ilin sonunadək başa çatdırılacaq və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək.

“Layihə pilot rejimdə reallaşdırılacaq. Gürcüstan və Azərbaycan CAREC ölkələri arasında “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən gömrük-keçid məntəqələrinin fəaliyyətə başlayacağı ilk ölkələr olacaq”, - nazir müavini deyib.

Seçilən
79
50
teleqraf.com

9Mənbələr