AZ

Zəngəzurda “qırmızı xətlər” tapdana bilərmi? “Fərqli yanaşma göstərilməlidir”

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İyunun 13-də İsrail-İran müharibəsi başlayandan bəri Ermənistanın siyasi dairələri və cəmiyyətində Azərbaycan Zəngəzur dəhlizi istiqamətində hərbi əməliyyatlara başlaya biləcəyinə dair narahatlıqlar var. Rəsmi Tehran İran üçün "qırmızı xətt" hesab olunan bu məsələ ilə bağlı İranın Ermənistandakı səfiri Mehdi Sobhani belə bəyanat verməli olub. 

"Müharibədən 2 gün öncə Tehran rəsmiləri bəyan edib ki, İran Zəngəzur layihəsinin icrasını dayandırmğa və İranın təhlükəsizliyinin təmin olunmasında nail olub".

Bunu "Yeni Sabah"a politoloq Tofiq Zülfüqarov deyib.

"Belə bəyanatlar təəccüb doğurur. Həmin bəyanatdan 2 gündən sonra az qala İranın bütün hərbi rəhbərliyi, generalları məhv oldu. Bu, onu göstərir ki, İranın bu tip bəyanatları kiçik siyasi qrupların maraqlarına uyğundur. Ermənistanın bu sahədə mövqeyinə gəldikdə isə tarix boyu, xüsusən də 20-ci illərdən sonra, daim olaraq özlərinə xarici bir qüvvə axtarırlar ki, dəstək versin.

Müharibədən qabaq onlara dəstək olan ölkələr arasında Rusiya, İran, Hindistan, Fransanın adını çəkmək olar. Hesab edirəm ki, bu məsələlərdə fərqli yanaşma göstərilməlidir. Azərbaycanın qarşısında böyük bir problem var: vaxtilə bolşeviklər tərəfindən tarixi ədalətsizlik baş verib və ölkəni iki yerə bölüblər. Bu problemi Azərbaycan həll etməlidir və ən yaxşı yanaşma bundan ibarət olsun ki, ermənilər kimsə ilə yox, bizimlə birbaşa danışıqlara davam etsinlər, bizim qanuni olan qərarlarımıza konstruktiv yanaşsınlar".

Rəvan Rzazadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
yenisabah.az

3Mənbələr