AZ

Mənzil almaq istəyənlər üçün dövlət dəstəyi: 4%-dən ipoteka krediti

Kapital Bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) vasitəsilə vətəndaşlara güzəştli şərtlərlə ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit növü sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

Güzəştli ipoteka krediti üzrə maksimal kredit məbləği 100 000 AZN təşkil edir. İllik faiz dərəcəsi 4%-dən başlayır və ARİKZF tərəfindən zəmanət verilmiş kreditlər üzrə bu faiz 3.7%-ə qədər endirilir. Kreditin müddəti isə 30 ilə qədər müəyyən edilir.

Bu ipoteka növü üzrə ilkin ödəniş 10%-dən başlayır və bu da mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün əlavə maliyyə rahatlığı yaradır.

Qeyd edək ki, bu məhsula Kapital Bank-ın ipoteka portalı vasitəsilə onlayn şəkildə müraciət etmək mümkündür.

Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/government/item/7

Fuad Mədətov
Finss.az

Seçilən
13
24
fins.az

10Mənbələr