İspaniyanın “Barselona” komandası yeni transferini açıqlayıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Joan Qarsianı heyətinə cəlb edib.
24 yaşlı qolkiperlə 2031-ci ilin yayınadək müqavilə imzalanıb.
O, son olaraq “Espanyol”un formasını geyinib.