AZ

Deputat: Mütəşəkkil cinayətkarlıqla mübarizə ciddi çağırış olaraq qalır

Bakı, 18 iyun, AZƏRTAC

Mütəşəkkil cinayətkarlıqla mübarizə bu gün regional və qlobal səviyyədə ciddi çağırış olaraq qalır. Qanunsuz fəaliyyətlər — xüsusilə çirkli pulların yuyulması, insan alveri, narkotik qaçaqmalçılığı və digər transmilli cinayətlər cəmiyyətlərimiz üçün real təhlükə törədir. Bu təhlükələrin qarşısının alınması üçün güclü əməkdaşlıq, koordinasiya və qarşılıqlı etimad vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov iyunun 18-də Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında deyib. Bildirib ki, bölgədə davam edən qeyri-sabitlik halları mütəşəkkil cinayətkarlığın artmasına şərait yaradır. Belə bir mühitdə cinayətkar qruplar daha da fəallaşır və fəaliyyət sahələrini genişləndirmək imkanı əldə edirlər. Bu səbəbdən, dövlətlər qanunvericilik bazasını gücləndirməli, hüquq-mühafizə orqanlarının fəaliyyətini daha səmərəli və çevik hala gətirməli və birgə tədbirləri artırmalıdır: “Parlamentlər bu mübarizədə olduqca mühüm rol oynayırlar. Doğru, effektiv və müasir qanunvericilik mütəşəkkil cinayətkarlıqla mübarizədə hüquqi zəmin yaradır. Biz qanunvericilər olaraq bu sahədə qətiyyətli siyasi mövqe nümayiş etdirməli, həm milli səviyyədə, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində səylərimizi birləşdirməliyik”.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə öz töhfəsini verməyə davam edir. Regional və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində birgə layihələrə qoşulur, informasiya mübadiləsini genişləndirir və hüquqi alətləri gücləndirir.

Seçilən
13
azertag.az

1Mənbələr