AZ

On bir min 787 dronun iştirakı ilə keçirilən şou - FOTO

Çinin Çonçin şəhərində 11 min 787 dronun əsrarəngiz sinxron şousu ən çox dronun yaratdığı səma təsviri kimi Ginnesin Rekordlar Kitabına düşüb. Avtosfer.az xəbər verir ki, rekord Çonçin bələdiyyəsinin təşkil olunmasının 28-ci ildönümü münasibətilə keçirilən “Cazibədar Çonçin” şousunda qeydə alınıb. Dron şousu zamanı Çinin mədəni irsi, Çonçinin təbiət və şəhər mənzərələri təsvir olunub. Şou dünyanın ərazisinə (82,4 min kvadratkilometr) və əhali sayına görə (32 milyon nəfər) ən böyük bələdiyyəsi olan Çonçinin inkişafını, onun mədəni və turizm potensialını dünyaya nümayiş etdirmək məqsədi daşıyıb. “Guinness World Records”un rəsmisi Hou İnq rekordu təsdiqləyib.

Seçilən
3
2
avtosfer.az

4Mənbələr