AZ

Parlamentdən saxta xəbərlərlə bağlı açıqlama

“Regionda baş verən son hadisələr fonunda Azərbaycan hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb”.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərinə dair açıqlamasında bildirilib.

“Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil edilir.

Cərəyan edən proseslərlə bağlı Azərbaycanın rəsmi mövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmiləri tərəfindən səsləndirilməsinə baxmayaraq, Teleqram, Feysbuk, “X”, TikTok və Yutub kimi platformalar üzərindən aparılan fəaliyyətlərdə təhrif olunmuş, saxta məlumatlar yayılır.

Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaqdır.

Təəssüf hissə ilə qeyd olunmalıdır ki, dövlətimizə qarşı aparılan bu informasiya kampaniyalarına dəstək verənlər arasında Azərbaycanəsilli şəxslərə və vətəndaşlarımıza da rast gəlinir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür.

Bütün maraqlı tərəfləri, o cümlədən vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa, məkrli qüvvələr tərəfindən yayılan bu cür saxta informasiyalarla mübarizə aparmağa çağırırıq”, - açıqlamada qeyd olunub.

"Cebheinfo.az" 

Seçilən
3
49
cebheinfo.az

10Mənbələr