Bu günlərdə Qarabağın dilbər guşələrinin seyrinə çıxmışdım. Xankəndi turunda heç kimin bilmədiyi , daha dəqiq, sosial şəbəkələrdə paylaşmadığı bir bulağa rast gəldik. Xankəndidən xeyli aşağıda, Malıbəyli kəndinin alt hissəsində, Qar-qar çayının 100 addımlığında gördüyünüz bu bulağın adını bilmədiyimiz üçün elə "Malıbəyli bulağı " adlandırdıq. Üzərindəki daş xeyli köhnə görünürdü.
Ərazi insanı valeh edir, hər tərəf yaşıllıq və 100 illik ağaclarla örtülüdür! Bulağın suyu buz kimi soyuq, göz yaşı kimi dumduru…
Tək qüsuru odur ki, diqqətdən uzaqdır, diqqətdən uzaq olduğu üçün də getdikcə zibilxanaya çevrilmək ehtimalı var.
Xocalı rayonu Malıbəyli kəndində Xan qızı Natavanın çəkdirdi Novlu bulaq haqqında məlumatım vardı, bilirdim ki, bulaq 1880-ci ildə inşa edilib. Bulaq Xan qızı Natəvanın maliyyə dəstəyi ilə yerli əhali tərəfindən çəkilib. Natəvanın təklifi ilə bulağa Novlu bulaq adı verilib.
Bulaq Qarabağ təbiətinin nadir incilərindən sayılır. Bulağın açılışını Xan qızı Natəvan edib.
Bulaq yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5055
(Novlu bulaq)
Amma Xankəndi və Malıbəyli in kəsişdiyi dərənin dibindəki bu bulag haqqında heç bir məlumatim yox idi. 2971-1975- çi illərdə Xankəndi Pedaqoji İnstitutunun tələbəsi olmuş Əhməd Xudiyev bulağın adının Malıbəyli olduğunu iddia etdi və dedi ki , istirahət günləri tələbə yoldaşlarımızla gəlib bu bulağın başında istirahət edirdik.
Bu bulağın geniş açıqlamasını ancaq o yerlərin igid oğlu, polkovnik Azay Kərimov verə bilərdi, Verdi də!
Polkovnik əvvəlcə Malıbəyli torpagına qonaq gələnləri salamlayıb, “Xoş gəlmisiniz” dedikdən sonra bildirdi ki, bu bulağın adı “Üçbulaq”dı:”Qar-Qar çayını kecib Malibəyli istiqamətinə 500 m gedərkən yolun aşagısında restoranın böyrundə yerləşir. Ermənilər bu bulagı cox sevirdilər. Amma gözündəki daş cox qədimidi. O vaxtdan qalandı. Sadacə sag - sol tərəflərinə bizimkilər mişar daşlarını düzüblər.Təxminən1980- ci illərdə, onda mən 7- ci sinifdə oxuyurdum. Əvvəl bulaga 15 ədəd pilləkənlərlə düşüb qalxırdıq. İndi bizimkilər heç bir səbəb göstərmədən həmin pilləkənləri traktorun qabagına verib düzdüyüblər.
Bulaqdan sol tərəfdə bizim böyük bostanımız var idi, cayın qıragında, amma butun bitkiləri bu bulagın suyu ilə suvarardıq. Məhsul da cox dadlı olardı. Yay - qış bu bulagın kənarı ermənilər ilə dolu olurdu. Yeyib- içməyə gəlirdilər. Balaca idik. Ət almaga pulumuz olmadıgına görə nənəmin qazın ogurlayib gətirib burda bişirirdik, evə gedəndə isə qaz ogurlayana qarqiş tökürdük. (gülür)
-Oradan 1 km sonra isə bizim Malıbəyli kəndi gəlir.
Oxucularımıza Malıbəyli kəndi haqqında da qısa bir məlumat verək: 1918-1920-ci illərdə Xankəndidə 18 ev olanda Malıbəyli kəndində 350 ev var idi, ona “bala Tiflis” deyilərdi...
Bakı Dövlət Universietinin müəllimi Qismət Yunusoğlu yazır: Malıbəyli kəndi rayon mərkəzindən şimal-şərqə tərəf 12 km aralı olmaqla, Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə M.Əzizbəyov adına südçülük-tərəvəzçilik sovxozu idi. Bu təsərrüfatın sahəsi Xankəndi şəhərinin 600-700 metrliyindəki Qarqar çayınadək, əks tərəfdə isə Xocalı rayonunun torpaqlarınadək geniş ərazini tuturdu. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirin (1693-1763) oğlu İbrahimxəlil xanın (1732-1806) saldırdığı məşhur “Xan bağı” (alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət 10 hektaradək ərazi) da daxil olmaqla.
Tarixi, maddi və mədəni irs, milli “ekoloji abidə”kimi bu bağ Qarqar çayından çəkilmiş arxla suvarılmaqla, Xankəndi şəhərinin şimal-şərqində, 1 km aralıda idi. Bağın yaxınlığında Xanın tikdirdiyi qədim karvansaray, Qarqar şayı sahilində inşa edilən 4 su dəyirmanı qalırdı. 1950-1960-cı illərdə təsərrüfatın “Ağa körpüsü”nün alt hissəsini tutan əkin-örüş yerlərinin xeyli hissəsi (kənd təsərrüfatı təyinatlı münbit torpaqlar) Xankəndi şəhərinin hüdudlarına daxil edildi, təsərrüfat rəhbərliyinin və üzvlərinin razılığı alınmadan. Baxmayaraq ki, haylar yataqlanan Ballıca, Xənəzək və Daşbulaq kəndlərinin dəmyə və təsərrüfat üçün yararsız torpaqları Xankəndi şəhər yaxınlığında geniş sahə tuturdu, onların bir qarışına belə dəyilmədi.
Şəhər ərazisinə qatılan təsərrüfat torpaqlarında haylar üçün yaşayış evləri tikildi (1950-ci ildən sonra bu yerə 20 hay ailəsi yerləşdirildi), Bakı Elektrotexnika zavodunun filialının binası inşa olundu, qədim karvansarayın yerində şəhər avtomobil bazası yerləşdirildi, daha sonra kənd təsərrüfatı maşınlarının təmiri və dəmirçi emalatxanaları (orada düzəldilən dəryaz, balta, oraq, dəhrələrdə ustalar hay mənşəli möhürlərini vururdular) salındı.
Tədricən “Xan bağı” ləğv edildi, karvansaray dağıdıldı (qalıqları qalırdı), əkin yerlərindəki “Lahıc bağı”, “Hüseynin bostanı”, “Məşədi Səmədin qoruğu”, “At qoruğu”, eləcə də məhsuldar tut bağları məhv edilərək torpaqları hayların sərəncamına verildi.
“Xan bağı”ndakı İbrahimxəlil xanın 2 mərtəbəli bağ evində Xankəndi şəhərindən köçürülmüş 8 ailə (onlardan biri də Sabir Əkbər oğlu Tağıyevin (1938-1989) ailəsi olub) yaşayırdı, yaşı 200 ildən çox olan bağın bağbanı Yuxarı Quşçular kənd sakini Balakişi Hüseyn oğlu (1911-1990) olub. Bu bağın alma ağacı sortları Təbriz şəhərindən gətirilmişdi, meyvəsi qışdada budaqda qalırdı, meyvəsinin qabığından və yarqağından “Xoruzquyruğu” çay dəmlənirdi.
Xatırladaq ki, Novlu bulaq və Üçbulaq"dan başqa Malıbəylidə biz bildiyimiz bir də “Çinar bulağı” var . Yerli sakinlər deyir ki, “Çinar bulağı” xan çinarın dibindən axırmış, heç vaxt da qurumurmuş. “Çinar bulağı”ın suyu ilə aşağıda hamam işləyib.
Əntiqə Rəşid
(“Üçbulaq” bulağı)
(Novlu bulaq)
("Çinar bulağı)