Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Artıq uzun fasilələr olmayacaq. Tamaşaçıları tez zamanda sevindirəcəyəm. Musiqi ilə məşğulam. Böyüdükcə insan dəyişir. İstəyirəm keyfiyətli musiqi ilə tamaşaçı qarşısına çıxım. Ona görə kapriz edirdim".Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova 106.3 FM-də dicey Kazım Sübhanın qonağı olarkən deyib. Uzun müddət ifaçılıq sənətinə fasilə verən İlqarə artıq sənətə qayıtdığını deyib. Anasından danışan ifaçı "Başımın tacı, anam. Yaxşı ki, varsan, anacan" sözlərini söyləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.