AZ

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İyunun 18-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb.

AMEA-dan 525.az-a bildirilib ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin hər zaman olduğu kimi bu gün də yüksək səviyyədə davam etdiyini, əlaqələrimizin təməlində Ulu Öndər Heydər Əliyevin şüara çevrilmiş “Bir millət, iki dövlət” sözlərinin dayandığını bildirib.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının qardaş Türkiyənin akademik qurumları ilə sıx münasibətləri olduğunu, bu günlərdə AMEA-nın və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini diqqətə çatdırıb.

Görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək I Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı nəzərdə tutulan işlər müzakirə olunub. AMEA-nın Türk Dil Qurumu ilə ortaq konfransların, seminarların təşkili və nəşrlərin ərsəyə gətirilməsinin əhəmiyyəti vurğulanıb.

Türk Dil Qurumunun rəhbəri professor Osman Mert rəhbərlik etdiyi təşkilatın Milli Elmlər Akademiyası ilə sıx münasibətləri olduğunu söyləyib. Professor Osman Mert I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı bir sıra təkliflərini səsləndirib.

Qeyd edək ki, professor Osman Mert, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin əməkdaşları ilə görüşüb, aparılan tədqiqatlarla tanış olub.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
525.az

5Mənbələr