AZ

Bakıda yenidən “Gimnastika hamı üçün” beynəlxalq tədbiri keçiriləcək

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı bulvarında üçüncü beynəlxalq "Gimnastika hamı üçün" tədbiri keçiriləcək. Sport24.az xəbər verir ki, yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq bütün insanları birləşdirəcək festivala beş ölkədən 48 komanda qatılacaq.

Onlar iki yaş kateqoriyasında çıxış edəcəklər - 50 yaşa qədər və yuxarı.

Tədbirin məqsədi gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi, eyni zamanda əyləncə forması olduğunu nümayiş etdirməkdir.

İyunun 28-29-da keçiriləcək festival çərçivəsində ustad dərsləri, komandaların keçidi və müxtəlif əyləncə proqramları olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
sport24.az

3Mənbələr